Bank kartları sahiblərinə xəbərdarlıq EDİLDİ     

Bank kartları sahiblərinə xəbərdarlıq EDİLDİ     

Hazırda oxunan: Bank kartları sahiblərinə xəbərdarlıq EDİLDİ     

0:00
0:00
39225

Ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində ictimaiyyətin, o cümlədən kart istifadəçilərinin mütəmadi əsasda məlumatlandırılması aparılmaqdadır. 

Bizim.Media xəbər verir ki, bu sözlər Azərbaycan Banklar Assosiasiyasının yaydığı məlumatda əksini tapıb. 

Bildirilib ki, bu istiqamətdə həyata keçirilən müxtəlif tədbirlərə baxmayaraq, rəqəmsal ödənişlərin inkişafı və xüsusən də elektron ticarət əməliyyatları üzrə dövriyyənin artması fonunda yeni fırıldaqçılıq hallarının yaranması müşahidə olunmaqdadır. 

Belə ki, fırıldaqçılar tərəfindən banklar, bəzi hallarda Azərbaycan Banklar Assosiasiyası (ABA) adından vətəndaşlara zənglər edilərək, ödəniş kartı məlumatları istənilir. 

“Nəzərinizə çatdırırıq ki, bank və ABA adından telefon zəngləri və ya digər formada ödəniş kartı məlumatlarının təqdim olunması ilə bağlı heç bir halda kart istifadəçilərinə müraciətlər edilmir. Belə hallarla qarşılaşdığınız təqdirdə kart məlumatlarınızı təqdim etməməyiniz və dərhal bankınızla əlaqə saxlamağınız tövsiyə olunur”, - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO