Bu tarixdən məktəblər və bağçalar açılır - GÜRCÜSTANDA  

Bu tarixdən məktəblər və bağçalar açılır - GÜRCÜSTANDA  

Hazırda oxunan: Bu tarixdən məktəblər və bağçalar açılır - GÜRCÜSTANDA  

39199

Gürcüstanda oktyabrın 4-dən etibarən məktəblərdə və uşaq bağçalarında əyani tədris bərpa olunacaq.

Bizim.Media Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Koronavirusla mübarizə üzrə Dövlət İdarələrarası Koordinasiya Şurası Operativ Qərargahının rəhbəri Georgi Qibradze bildirib.

Onun sözlərinə görə, 4 oktyabrdan ölkədə, həmçinin, əyləncə mərkəzləri də fəaliyyətini bərpa edəcək.

“Oktyabrın 4 -dən etibarən sinif və auditoriyalarda təhsil prosesi bərpa olunacaq. Məktəbəqədər təhsil müəssisələri və uşaq əyləncə mərkəzləri də işini bərpa edəcək”, - deyə Qibradze brifinq zamanı deyib.

Yeni qaydaya əsasən, sinfindən asılı olmayaraq bütün uşaqlar tibbi maska taxmalıdır.

Xatırladaq ki, Gürcüstanda pandemiya səbəbindən məktəblər və uşaq bağçaları 2020-ci ilin martından bağlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO