Sentyabrın 28-də gecə saat 01:40-da İrəvan polisinin əməliyyat şöbəsinin mərkəzinə Azatutyan prospektindəki "Axtanak" parkının yaxınlığında atəş açıldığı barədə siqnal daxil olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Şamshyan.com saytı yayıb.
Mənbə yazır ki, polis hadisə yerində işləyərkən, Kanaker-Zeytun tibb mərkəzi Ərəbkir polis bölməsinə bildirib ki, iki nəfər güllə yarası ilə onlara çatdırılıb. Gənc qız ölüb, kişi yaralanıb.
MÖVZU İLƏ BAĞLI:
İrəvanın mərkəzində atışma: Deputat oğlu yaralandı
Saytın məlumatına görə, ölən Diana D. və yaralı Vazgen M. ər-arvaddır.
Hadisə yerində 17 ədəd avtomat gilizi aşkar edilib. İctimai nəqliyyat dayanacağının divarında da güllələrə rast gəlinib.
Kanaker-Zeytun tibb mərkəzinin yaxınlığında içərisində qan olan Rusiya dövlət nömrə nişanlı P 999 NA 99 RUS markalı Land Rover markalı avtomobil tapılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Bizim.Media