«Koronavirusa televiziya kanalında yoluxmuşam» - Lalə Məmmədovadan İDDİA

«Koronavirusa televiziya kanalında yoluxmuşam» - Lalə Məmmədovadan İDDİA

Hazırda oxunan: «Koronavirusa televiziya kanalında yoluxmuşam» - Lalə Məmmədovadan İDDİA

3900

Əməkdar artist Lalə Məmmədova koronavirusa dəvət aldığı verilişlərin birində yoluxduğunu iddia edib.

Bizim.Media bildirir ki, müğənni bununla bağlı sosial media hesabında paylaşım edib.

"Virus ailəmizdən yan keçmədi. Bir ailənin kiçiyindən tutmuş böyüyünədək hamısının xəstələndiyini gözünüzün qabağına gətirsəniz, mənzərə sizə bəlli olacaq. 7 yaşlı kiçik qızım belə iybilmə, dadbilməni itirib. Qorunun, yaşlıları qoruyun”

Əməkdar artist xəstəliyinə səbəb olan  televiziya kanalının adını çəkmək istəməyib:

"Ehtimal edirəm ki, yoluxma TV kanallarımızın birində baş verib. Ad çəkmək istəməzdim. Günahı kiminsə üstünə yıxmaq mənlik deyil. "Efirimizə niyə gəlmirsiniz?” deyib giley -güzar edən TV işçiləri, dostlarım! Siz maska geyinsəniz də, biz efirdə maska taxıb oxumuruq. Tanrı xalqımızı qorusun”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO