Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə bu gün Azərbaycanın son cüdoçusu mübarizəyə qoşulub.
Bizim.Media xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev mübarizəyə 1/8 final mərhələsindən başlayıb.
Onun rəqibi polşalı Sebastyan Oldak olub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan cüdoçusu yarımfinala yüksəldi
Rəqibinə qalib gələn Mehdiyev növbəti mərhələdə Avstriyanı təmsil edən Vaxid Borçiaşvili ilə qarşılaşıb. Bu dəfə də qələbə qazanan 28 yaşlı idmançı yarımfinalda rusiyalı Xusen Xalmurzayevlə üz-üzə gəlib.
Mehdiyev ipponla qalib gələrək, finala yüksəlib. Həlledici görüşdə onun rəqibi gürcüstanlı Lika Maysuradze olacaq.
Qeyd edək ki, ötən gün Hidayət Heydərov 73 kq çəkidə qızıl medal qazanıb.
Bizim.Media