COVID-19 beynimizi necə məhv edir? - ŞOK NƏTİCƏLƏR AÇIQLANDI

COVID-19 beynimizi necə məhv edir? - ŞOK NƏTİCƏLƏR AÇIQLANDI

Hazırda oxunan: COVID-19 beynimizi necə məhv edir? - ŞOK NƏTİCƏLƏR AÇIQLANDI

38602

Amerika və İngiltərə alimlərinin tədqiqatları göstərir ki, COVID-19 beyin funksiyalarını sürətlə zəiflədir.

Bizim.Media xəbər verir ki, bu barədə türkiyəli nevroloq Emir Ruşen danışıb.

Ekspert bildirib ki, COVID-19 virusu burundan ağciyərlərə və beynin daxili hissələrinə yayılaraq medial temporal adlanan yaddaşla əlaqəli hissəyə keçir:

"Nəticədə normal insanlarda belə unutqanlığa və diqqət pozğunluğuna səbəb olur. COVID-19 düşündüyümüz kimi qısamüddətli bir xəstəlik deyil.

Test nəticələri mənfi çıxdıqdan sonra insanlar hələ də xəstəliyin təsirini yaşaya bilərlər. Bu barədə dəqiq məlumat yoxdur, ancaq müşahidə etdiyimiz ilk məlumatlar infeksiyanın birdən-birə yox olmadığını göstərir.

Bütün virus infeksiyaları insanda zehni geriləməyə səbəb olur. Alzheymer xəstələri COVID-19-a yoluxduqdan sonra xəstəliklərinin çox sürətlə irəlilədiyi məlum olub.

Bəzi xəstələr koronavirus üzrə müalicə aldıqdan və sağaldıqdan sonra zehni baxımdan uzun müddət normal vəziyyətlərinə qayıda bilmir, xəstəxanadan çıxdıqdan sonra yaxınlarını tanıya bilmir, çətinliklər yaşadıqları müəyyən edilib. Yaşlılar, demans və alzheymer xəstələri, həmçinin fərqli xəstəlikləri olan şəxslər risk altındadır".

Həkim sonda alzheymer xəstələrinin çəkinməli olduqları qidalardan danışıb:

"Xəstəlik irəlilədikcə yeməyi qiymətləndirmə qabiliyyəti itir. Bu səbəbdən çox isti yemək yeməyin. Qəbizlik yaradan qidalardan uzaq durun.

Bol lif qəbul edin. 60 yaşdan yuxarı xəstələrin yüksək karbohidrat qəbul etməsi tövsiyə edilmir. Daha çox tərəvəz və meyvələrə üstünlük verin. Artıq yağ, karbohidrat və duzlu qidalar da bu xəstələr üçün təhlükəlidir". (publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO