Prezident: ”Azərbaycan xalqı hər gün məndən yeni xəbər gözləyirdi”

Prezident: ”Azərbaycan xalqı hər gün məndən yeni xəbər gözləyirdi”

Hazırda oxunan: Prezident: ”Azərbaycan xalqı hər gün məndən yeni xəbər gözləyirdi”

38475

“Hərbi əməliyyatların lap əvvəlində çoxdandır gözlədiyimiz qələbə sevincini hiss etdik”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Natsionalnaya oborona” (Milli müdafiə) jurnalına eksklüziv müsahibəsində bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan bu şirkətlərə qarşı hüquqi tədbirlərə başladı - Prezident


“Artıq qeyd etdiyim kimi, sentyabrın 27-də bir çox yaşayış məntəqəsi azad edildi. Xalqa müraciətlərim zamanı demək olar ki, hər gün Azərbaycan xalqı məndən yeni xəbərlər gözləyirdi. Bir neçə gün fasilə olanda hamı düşünürdü ki, “Görəsən, nə baş verib?”. Hamı Azərbaycan ordusunun irəliləməsinə öyrəşmişdi, - Prezident deyib. 

Dövlət başçısının sözlərinə görə, bütün əməliyyatlar elə planlaşdırılırdı ki, itkilər minimuma endirilsin:

“Bu səbəbdən əks-hücum əməliyyatı həyata keçirən Azərbaycanın öz sözləri ilə desək, daim “taktiki geri çəkilən” Ermənistanla müqayisədə daha az itkiyə məruz qalması təəccüblə qarşılanırdı. Hesab edirəm ki, bu amillər həm mənə, həm Azərbaycan ordusuna, həm də Azərbaycan xalqına inam bəxş edirdi”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO