Azərbaycanda payız fəsli BAŞLADI

Azərbaycanda payız fəsli BAŞLADI

Hazırda oxunan: Azərbaycanda payız fəsli BAŞLADI

38265

Azərbaycana payız fəsli daxil olub.

Bizim.Media xəbər verir ki, payız ölkəyə sentyabrın 22-si saat 23:21:00-da qədəm qoyub.

Bu zaman gecə ilə gündüz bərabərləşir.

Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır.

Qeyd edək ki, Azərbaycana qış fəsli isə 21 dekabr saat 19:59:00-də gələcək.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur.

Həmin gün ən qısa gündüz və ən uzun gecə olur.

Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO