Azərbaycanda səfərdə olan gürcü jurnalist, bloger və ekspertlər Şuşa şəhərini ziyarət edib.
Bizim.Media xəbər verir ki, qonaqlar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın vəziyyəti ilə ətraflı tanış olublar.
Onlar işğal dövründə dağıntılara məruz qalmış Şuşanın küçələrini gəzib, şəhərin hazırkı durumunu müşahidə ediblər.
MÖVZU İLƏ BAĞLI:
Gürcü bloqerlər “Nə oldu, Paşinyan?”, - deyib Şuşaya gedirlər – ÖZƏL VİDEO
Dağıdılmış tarixi binalar və abidələri öz gözləri ilə görən gürcüstanlı qonaqlar işğalın dəhşətli üzünü daha aydın şəkildə duyduqlarını bildiriblər.
Səfər çərçivəsində Xanqızı Xurşidbanu Natəvan, Üzeyir Hacibəyli və Bülbülün büstləri, Bülbülün bərpa edilmiş ev-muzeyi, Vaqifin məqbərəsi, Yuxarı Gövhərağa məscidi də ziyarət olunub. Nümayəndə heyəti Cıdır düzünə də baş çəkib.
Gürcüstanın ictimaiyyət nümayəndələrinin Azərbaycana səfəri davam edir.
Qeyd edək ki, gürcüstanlı qonaqlar bundan öncə işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarında da olublar.
Bizim.Media