Nazirdən

Nazirdən "Teknofest"in Bakıda keçirilməsi ilə bağlı AÇIQLAMA - FOTO

Hazırda oxunan: Nazirdən "Teknofest"in Bakıda keçirilməsi ilə bağlı AÇIQLAMA - FOTO

38115

"Teknofest"in Bakıda keçirilməsi barədə ilkin razılıq əldə olunub. 

Bizim.Media xəbər verir ki, bunu "Teknofest-2021" tədbirində iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdə olan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib. 

“Qardaş Türkiyədə aerokosmik sənaye və texnologiyalarla bağlı "Teknofest" kimi irimiqyaslı bir festival keçirilir və biz bu tədbirdə iştirak edirik. Türkiyəli həmkarım Mustafa Varankla danışığımız zamanı növbəti "Teknofest"in Bakıda keçirilməsi barədə ilkin razılığa gəldik”, - deyə nazir “Twitter” hesabında qeyd edib. 

Qeyd edək ki, Azərbaycan 4-cü dəfədir ki, "Texnofest" - Texnologiya Festivalında təmsil olunur. Ölkəmiz 9 start-up və 1 İT şirkəti təmsil olunur. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO