Bitcoin bir gündə kəskin ucuzlaşdı

Bitcoin bir gündə kəskin ucuzlaşdı

Hazırda oxunan: Bitcoin bir gündə kəskin ucuzlaşdı

37886

Ən iri kriptovalyuta olan Bitcoin həftənin ilk iş günündə sürətlə dəyər itirib.

Bizim.Media xəbər verir ki, 10% ucuzlaşan “alternativ qızıl” hazırda 43 min dollardan aşağı satılır.

Bu isə cari ilin aprelində Bitcoinin çatdığı tarixi rekorddan - 65 min dollardan xeyli azdır.

Səhm bazarındakı çaxnaşma kriptovalyuta sektoruna da sirayət edib. Çinin daşınmaz əmlak nəhəngi Evergrande-nin 300 milyard dollar borcla defolta yaxın olması və ABŞ Mərkəzi Bankının (Fed) bu həftə gözlənilən vacib toplantısı investorlarda ehtiyatlılıq yaradıb.

Bitcoinin ikinci ən yaxın izləyicisi - Ether də 12% ucuzlaşaraq, 2985 dollara düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO