Tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri BAŞLADI 

Tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri BAŞLADI 

Hazırda oxunan: Tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri BAŞLADI 

37523

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başlayıb.  

Bizim.Media xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində bir sıra tanınmış mədəniyyət xadimləri - Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova və digər nümayəndələr Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalında iştirak edəcək. 

Səfərdə nümayəndə heyəti tərəfindən Cıdır düzü, Bülbülün ev muzeyi, Xan qızı bulağı, Qala divarları, Üzeyir Hacıbəylinin ev muzeyi və Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri ziyarət ediləcək. 

Qeyd edək ki, beynəlxalq musiqi festivalı işğaldan azad olunan Şuşa şəhərində keçirilən ikinci festivaldır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO