Dövlət qurumuna yeni rəis təyin edildi - FOTO 

Dövlət qurumuna yeni rəis təyin edildi - FOTO 

Hazırda oxunan: Dövlət qurumuna yeni rəis təyin edildi - FOTO 

37376

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edilib. 

Nazirliyin Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, xidmətə bundan sonra Şahin Əliyev rəhbərlik edəcək. 

Qeyd edək ki, Ş. Əliyev 1985-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olub.

O, 2007-ci ildə bakalavr dərəcəsi üzrə Qafqaz Universitetinin Mühəndislik fakültəsinin kompüter mühəndisliyi ixtisasını, 2009-cu ildə magistr dərəcəsi üzrə Azərbaycan Texniki Universitetinin İnformatika və hesablama texnikası fakültəsinin Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı ixtisasını bitirib.  

Xidmət rəisi telekommunikasiya sahəsində 14 illik təcrübəyə malikdir.  

Xatırladaq ki, bu günə kimi xidmətin rəisi Faiq Fərmanov idi. O, öz ərizəsi ilə işdən ayrılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO