Bu çörəkdən yeyin - Ürəyi qoruyur, xərçəngin qarşısını alır

Bu çörəkdən yeyin - Ürəyi qoruyur, xərçəngin qarşısını alır

Hazırda oxunan: Bu çörəkdən yeyin - Ürəyi qoruyur, xərçəngin qarşısını alır

37321

Tamdənli çörək bütün dünyada böyük populyarlıq qazanıb. Sağlam şəkildə qidalanmağa çalışan insanlar qidalanmasında adi ağ çörəyi tamdənli çörəklə əvəz edir. 

Bizim.Media xəbər verir ki, adi çörəkdən fərqli olaraq bu çörəkdə taxılın bütün faydalı xüsusiyyətləri saxlanılır.

Tamdənli çörək vitaminlər, minerallar, qidalı liflər, antioksidantlar və s. faydalı maddələrlə zəngindir. 
 
Alimlər tamdənli çörəyi çox faydalı, müalicəvi məhsul hesab edir. Çoxsaylı araşdırmalar göstərib ki, tamdənli çorəyin qəbulu ürək-damar sisteminin, xərçəngin, şəkərli diabetin riskini azaldır, qanda "pis" xolesterinin səviyyəsini aşağı salır. 

Qidalı liflərlə zəngin olan tamdənli çörək bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizə etməyə kömək edir. 

Həmçinin belə çörək bədən çəkisinə nəzarət edən insanlar üçün uyğundur. Mürəkkəb karbohidratlarla zəngin olan tamdənli çörək insanda tez toxluq hissi yaradır və insanı uzun müddət ərzində tox saxlayır. (saglamolun)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO