Hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirildi - FOTO/VİDEO

Hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirildi - FOTO/VİDEO

Hazırda oxunan: Hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirildi - FOTO/VİDEO

37319

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. 

Yarışdan əvvəl Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov birinciliyin məqsəd və şərtlərini iştirakçılara çatdıraraq komandalara uğurlar arzulayıb. 3 gün davam edən birincilikdə 16 komandadan 78 idmançı mübarizə aparıb.

Şərtlərə əsasən yarışa cəlb edilən hərbi qulluqçular çətin dağlıq ərazidə 5 nəzarət məntəqəsi olmaqla 7300 metr məsafədə səmti müəyyən ediblər. 

Hərbi qulluqçuların dözümlülüyünü yoxlamaq, kompas və xəritədən istifadə bacarığını təkmilləşdirmək, güclü idmançı və komandaları müəyyən etmək məqsədilə keçirilən yarışın ümumi nəticələrinə əsasən komanda hesabında 1-ci və 2-ci yerləri xüsusi təyinatlı birləşmələr bölüşüb, 3-cü yerdə isə motoatıcı birləşmənin komandası qərarlaşıb.

Fərdi hesabda 1-ci, 2-ci və 3-cü yerlərə müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Mahir İbrahimov, əsgər Süleyman Xəlilov və kiçik çavuş Nəriman Abdullayev layiq görülüb. 

İlk üçlükdə yer alan idmançı və komandalar Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO