Binəqədidə avtomobil oğurlayan keçmiş məhkum tutuldu 

Binəqədidə avtomobil oğurlayan keçmiş məhkum tutuldu 

Hazırda oxunan: Binəqədidə avtomobil oğurlayan keçmiş məhkum tutuldu 

37304

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə sentyabrın 12-dən 15-dək olan müddətdə Biləcəri qəsəbəsi ərazisindən “Volkswagen” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunan Ə.Hüseynov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Quba yolunda avtomobillə birgə saxlanılıb. 

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO