Netanyahu Dubaya ticarət uçuşunu tarixi an adlandırdı - VİDEO

Netanyahu Dubaya ticarət uçuşunu tarixi an adlandırdı - VİDEO

Hazırda oxunan: Netanyahu Dubaya ticarət uçuşunu tarixi an adlandırdı - VİDEO

3729

İzraildən Dubaya ilk ticarət uçuşu təşkil olunub.

Bizim.Media xəbər verir ki, Baş nazir Benyamin Netanyahu, Dubaydan “Ben Gurion” hava limanında ilk “Flydubai” ticarət uçuşunun qarşılanma mərasimində iştirak edib.

Orada çıxış edən Baş nazir bunun bir tarixi uçuş olduğunu deyib.

"Bu Dubaydan İsrailə ilk ticarət uçuşudur. Bu tarixi andır. Bu  bizim ticarət, iqtisadiyyat və turizm üçün həqiqətən yeni və fərqli bir başlanğıcdır. Bu Orta Şərqə, həm xalqlar arasında, həm də liderlər arasındakı atılan əhəmiyyətli bir addımdır”,- deyə o, bildirib.

Daha sonra o, bu əlaqələrin iki ölkə arasında böyük əhəmiyyətindən də danışıb.

"Biz illərlə iki dövlət arasında olan qarşıdurmanı yox edib, bunu İsrail-Ərəb əməkdaşlığına çeviririk”, - deyə Netanyahu vurğulayıb.

Vüsalə Balayeva, Bizim.Media 


 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO