“Fikrimcə, Ermənistanı tamamilə blokadada saxlamaq yeni əməliyyat aparılır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Telegram kanalında erməni bloger Mika Badalyan yazıb.
“Ermənistanı İrandan ayırdıqdan sonra xatırlayaq ki, Türkiyənin böyük iqtisadi və siyasi təsiri altında olan Gürcüstanla yalnız bir sərhədimiz var.
Ermənistan-Gürcüstan sərhədində problemlər yaranarsa, Ermənistan tam nəqliyyat blokadasında qalır. Bundan sonra nə olacaq?”, deyə o, sual verib.
MÖVZU İLƏ BAĞLI:
Erməni bloger həmyerlilərini aşağıladı: “Bizdə hansı ruh var?” – VİDEO
Bloger güman edir ki, Paşinyan xalqın qarşısına çıxacaq, tam blokadada olduğumuzu, ya Türkiyə və Azərbaycanla sərhədləri açmaq ya da aclıqdan ölmək üçün 2 seçimimizin olduğunu söyləyəcək:
“Sizcə xalq nəyi seçəcək? Bu, əslində 9 noyabrın təkrarlanması və Ermənistanın son tənəzzülü olacaq”.
Bizim.Media