Bakı və Kiyev arasında Qardaşlaşma protokolu İMZALANDI - FOTO

Bakı və Kiyev arasında Qardaşlaşma protokolu İMZALANDI - FOTO

Hazırda oxunan: Bakı və Kiyev arasında Qardaşlaşma protokolu İMZALANDI - FOTO

36454

Ukrayna paytaxtında Bakı və Kiyev şəhərləri arasında Qardaşlaşma haqqında niyyət protokolu imzalanıb.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Bizim.Media-ya verilən məlumata görə, niyyət protokolunu BŞİH başçısı Eldar Əzizov və Kiyev şəhərinin meri Vitali Kliçko imzalayıblar.

İmzalanma mərasimindən əvvəl çıxış edən Vitali Kliçko Bakının olduqca surətlə inkişaf etdiyini və Azərbaycan paytaxtında möhtəşəm layihələr həyata keçirildiyini bildirib: 

“Biz Bakıda həyata keçirilən bəzi müasir layihələri öyrənərək Kiyevdə tətbiq edirik. Ümid edirəm ki, yaxın gələcəkdə Bakıya növbəti səfərim zamanı yeni maraqlı layihələrin şahidi olacağam”. 


Kiyev şəhərinin meri vurğulayıb ki, imzalanan yeni niyyət protokolu iki dost şəhər arasında iqtisadi, ticarət, mədəniyyət, turizm sahələrində əməkdaşlığı daha da gücləndirəcək.

E.Əzizov isə yeni niyyət protokolunun iki şəhər arasında əlaqələri yeni müstəviyə çıxaracağını bildirib:

“Bakı və Kiyev şəhərləri arasında əməkdaşlığın inkişafı bizi sevindirir. Ukrayna paytaxtında da maraqlı layihələr həyata keçirilir və biz bu səfər çərçivəsində bunun şahidi olduq”. 


Görüşdə iki şəhər arasında 1997-ci ildə imzalanmış əməkdaşlığa dair saziş əsasında mövcud qardaşlaşma əlaqələrinin daha genişləndirilməsi barədə qərar qəbul edilib. 

Görüşdə Kiyev meriyasına və Ukraynanın KİV nümayəndələrinə erməni millətçilərinin işğal altında olmuş ərazilərimizdə törətdikləri vandalizm faktlarını əks etdirən foto-albomlar təqdim edilib. 

İmzalanma mərasimində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova da iştirak edib. 
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO