Azərbaycan Ordusunda MAXE-lərin toplanışı başladı - VİDEO

Azərbaycan Ordusunda MAXE-lərin toplanışı başladı - VİDEO

Hazırda oxunan: Azərbaycan Ordusunda MAXE-lərin toplanışı başladı - VİDEO

36385

Müdafiə Nazirliyinin hərbi hissələrində zabit və gizir hazırlığı kursları ilə yanaşı, müddətdən artıq həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar üçün də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ildə bir neçə dəfə kurslar təşkil olunur.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində avqustun 9-dan başlanan növbəti müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçularının hazırlığı kursunda da kifayət qədər gənc hərbi ixtisaslara yiyələnir.
 

MÖVZU İLƏ BAĞLI:

MAXE olmaq istəyənlərin nəzərinə! - VİDEO


Peşəkar müəllim və komandir heyəti tərəfindən kursantlara yüksək hərbi bilik və bacarıqlar aşılanır.

Kurslarda iştirak edənlərin böyük əksəriyyəti Vətən müharibəsi iştirakçılarıdır.

Qeyd edək ki, kursu uğurla başa vuranlar 3 il müddətinə bağlaşma imzalayaraq ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunacaqlar.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO