Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Açıq pəncərə” şeirlər toplusu Finlandiyada nəşr olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, kitab Komitənin dəstəyi ilə sözügedən ölkənin “Palladium kirjat” nəşriyyatında fin dilində işıq üzü görüb.
MÖVZU İLƏ BAĞLI:
Leyla Əliyevanın şeir toplusu - “Tanrının səsini eşitmək istəyirəm” - FOTO
Kitabın ön sözündə Leyla Əliyevanın bioqrafiyası və lirikası barədə oxuculara məlumat verilib, onun sosial və ictimai fəaliyyətindən geniş bəhs olunub. Kitab fin dilində 800 nüsxə çap olunub.
Qeyd edək ki, “Açıq pəncərə” kitabını fin dilinə Helsinkidə yaşayan məşhur tərcüməçi və yazıçı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Tahirə Cəfərova tərcümə edib.
Bizim.Media