Suriya silahlı qüvvələri ölkə ərazisində nəzarəti ələ almaq yolunda mühüm irəliləyişə nail olublar.
Bizim.Media “RİA Novosti” yə istinadən xəbər verir ki, hökumət ordusu Suriyanın cənubundakı yaraqlıların son qalasına - Dəra şəhərinin köhnə hissəsinə daxil olub.
Qeyd edək ki, Əsəd qüvvələrinin bu qələbəsindən sonra silahlı qruplaşmalar indi yalnız İdlibdə, Hələbin şimalında və Əl-Hasek əyalətlərində nəzarəti davam etdirir.
Bizim.Media