ASAN xidmətdən innovativ tədbir: “Gələcək üçün bacarıqlar” - FOTOLAR

ASAN xidmətdən innovativ tədbir: “Gələcək üçün bacarıqlar” - FOTOLAR

Hazırda oxunan: ASAN xidmətdən innovativ tədbir: “Gələcək üçün bacarıqlar” - FOTOLAR

35968

Şamaxı şəhərində “Mentorun 48 saatı” adlı “Bootcamp” tədbirinə start verilib.Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin növbəti komponenti olan “Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə  reallaşdırılıb. 

Bizim.Media xəbər verir ki, tədbirdə bir sıra rəsmilərlə yanaşı bəzi universitetlərin rektorları da iştirak edib.Tədbirin birinci günüdə, həmçinin “Hər şey gələcək üçün!”, “Startapı necə qurmaq olar?”, “Liderlik bacarıqları” mövzusunda təlimlər və film saatı təşkil olunacaq.

Tədbirin ikinci günündə ASAN xidmətin sədr müavini Ceyhun Salmanov ilə görüş,  “Mentorluq, texnika və mexanizmləri”, “İdeyadan innovasiyaya” mövzusunda təlimlər, “EduTech” panel müzakirəsi, eyni zamanda Şamaxı Safari Parkına  tur nəzərdə tutulur.

Xatırladaq ki, 2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO