Ağciyəri gücləndirən qidalar – Pandemiya süfrəsində çuğundurla balqabaq da var

Ağciyəri gücləndirən qidalar – Pandemiya süfrəsində çuğundurla balqabaq da var

Hazırda oxunan: Ağciyəri gücləndirən qidalar – Pandemiya süfrəsində çuğundurla balqabaq da var

35880

Qidalanma və Pəhriz Mütəxəssisi Ayşə Sena Binöz balanslı qidalanmanın və immunitet sistemini gücləndirən qidaların qəbul edilməsi ağciyər infeksiyalarının qarşısının alınmasında və ciyərlərin güclü olmasında əsas rol oynadığını deyib.

Bizim.Media xəbər verir ki, Ayşə Binöz ağciyəri gücləndirməyə kömək edən qidaların adın açıqlayıb.

Banan

Bananın zəngin kalium tərkibi ağciyər sağlamlığı, funksiyası üçün çox vacibdir. Bir tədqiqat göstərir ki, xüsusilə uşaqlıqda yetərli qədər kalium qəbulu ağciyər funksiyasını və tutumunu artırmağa kömək edir. Buna görə də qəlyanaltılarda kalium mineralları ilə zəngin olan bananı qəbul etmək daha yaxşı təsir edir.

Pomidor

Pomidor ağciyərin sağlamlığı üçün faydalı olan karotinoidlər və likopinlə zəngindir.
Tədqiqatlar göstərir ki, pomidor qəbul edən astma xəstələrində tənəffüs yollarının iltihabı azalır. Siqaret çəkənlər arasında aparılan bir araşdırmada pomidor daha çox yeyən şəxslərin ağciyər funksiyasında yaxşılaşma müşahidə edilib. Pomidoru zeytun yağı ilə yemək faydalıdır. Bu antioksidant likopinin təsirini artırır.

Sarımsaq

C vitamini, selenyum, kalium və kalsiumla zəngin sarımsağın əsas aktiv maddəsi olan allisin immun hüceyrələri gücləndirir. Antimikrob və antiviral təsiri sayəsində bakterial və viral infeksiyalara qarşı da qorunma təmin edir.

Bunlarla yanaşı tərkibindəki əsas aktiv maddə olan allisin ağciyərlərin təmizlənməsinə kömək edir və ağciyər infeksiyasına səbəb olan bakteriya və virusları öldürməkdə böyük iş  görür. Həmçinin diyetoloq sarımsağın çeynənərək, əzilərək və ya dilimlənərək qəbul edilməsinin daha xeyirli olduğunu bildirib:

“Sarımsağın həddindən artıq yeyilməsi allergik reaksiyalara və qanaxmalara səbəb ola bilər. Hər gün 2-3 kiçik diş qəbul etmək kifayyətdir”.

Zeytun yağı

Zeytun yağı, polifenolləri və E vitamini ilə antiinflamatuar antioksidanlar mənbəyi kimi tanınır. Pəhrizində daha çox zeytun yağı istifadə edən astma xəstələrinin ağciyər funksiyalarında yaxşılaşmalar müşahidə edilib. Doymamış yağ turşuları və E vitamininin bir forması olan tokoferol ağciyərin daha yaxşı işləməsinə kömək edir.

Qırmızı kələm

Lif, C vitamini və A vitamini ilə zəngin olan qırmızı kələmin tərkibində yüksək miqdarda kalium, az miqdarda dəmir, maqnezium, kalsium və fosfor var. Həm də antioksidan xüsusiyyətlərini göstərərək immunitet sistemini dəstəkləyən zəngin bir karotenoid və antosiyanin mənbəyidir.

Qırmızı kələm yüksək miqdarda lif var. Tədqiqatlar göstərir ki, yüksək lif qəbul edən şəxslərin, az miqdarda lif qəbul edənlərə nisbətən ağciyər funksiyası daha yaxşıdır.

Qatıq

Qatıq  zülal, kalsium, fosfor və B qrupu vitaminləri ilə zəngin bir qidadır. Araşdırmalar göstərir ki, qatığın tərkibi ağciyər funksiyasını yaxşılaşdırmağa kömək edə bilir. Bir araşdırmaya görə, daha yüksək kalsium və fosfor qəbulu ağciyərin funksiyasını yaxşılaşdırır.

Balqabaq

Balqabaq ağciyər sağlamlığını inkişaf etdirən alfa və beta karoten, lutein və zeaksantin kimi karotenoidlərlə zəngin bir qidadır.

Diyetoloq balqabağın iltihab əleyhinə xüsusiyyətlərinin zərərli maddələri zərərsizləşdirdiyini və bədən hüceyrələrini zədələməsinin qarşısını aldığını qey edib:

“Balqabaq eyni zamanda lif, A vitamini, C vitamini, E vitamini, folat və dəmir tərkibi ilə immunitet sistemini dəstəkləyir. Daha yüksək qan karotenoid səviyyəsinin yaxşı ağciyər funksiyası ilə əlaqəli olduğunu göstərir.

Çuğundur

Çuğundur A və C vitaminləri, kalium və kalsium kimi minerallarla zəngindir. Rəngini verən betalain, yüksək səviyyədə antioksidan xüsusiyyətlərini göstərərək ağciyərin funksiyasını optimallaşdırır. Çuğundur eyni zamanda ağciyər funksiyasını yaxşılaşdıran nitratla zəngin bir qidadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO