AZAL-ın vitse-prezidenti Füzulidə danışdı:

AZAL-ın vitse-prezidenti Füzulidə danışdı: "11 ay öncə buralarda qızğın döyüşlər gedirdi" - VİDEO

Hazırda oxunan: AZAL-ın vitse-prezidenti Füzulidə danışdı: "11 ay öncə buralarda qızğın döyüşlər gedirdi" - VİDEO

35630

"Bu gün çox əlamətdar gündür. Qarabağımızın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanına dünyanın iki nəhəng hava gəmisi - Azərbaycan Hava yollarının "Airbus A340-500" tipli sərnişin təyyarəsi və "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi öz texniki uçuşlarını yerinə yetirdi".

Bizim.Media xəbər verir ki, bu fikirləri Füzuli Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Qarabağ" təyyarəsi Füzuliyə eniş etdi - VİDEO


O, əlavə edib ki, hissləri sözlə ifadə etmək mümkün deyil:

"Bu hissləri bizə yaşadan Azərbaycan Ordusuna və Ali Baş Komandanımıza öz minnətdarlığımızı bildiririk.

Sadəcə təsəvvür etsək ki, cəmi bir il bundan öncə bu torpaqlar düşmən tapdağı altında idi.

11 ay öncə buralarda qızğın döyüşlər gedirdi. Hörmətli Prezidentimizin Sərəncamı ilə artıq Şərqi Zəngəzur bölgəsində də iki hava limanının inşasına başlanılıb".

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO