Sığortası olmayan fermerlər subsidiya ala bilməyəcək – Niyə?

Sığortası olmayan fermerlər subsidiya ala bilməyəcək – Niyə?

Hazırda oxunan: Sığortası olmayan fermerlər subsidiya ala bilməyəcək – Niyə?

35288

Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması qaydalarına dəyişiklik edilib. Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. 

Dəyişikliyə görə, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək.

Dəyişiklik ixrac yönümlü, istehsalda mühüm əhəmiyyət daşıyan məhsullara aid olacaq. Hər il üzrə həmin məhsulların siyahısı Aqrar Subsidiya Şurası tərəfindən müəyyən ediləcək.

Subsidiyaların verilməsində sığorta mexanizminin tətbiq edilməsi hansı məqsəd daşıyır.

İqtisadçı Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, bu dəyişiklik ölkədə sığorta mexanizminin inkişaf etdirilməsinə xidmət edir: 

“Xüsusilə də kənd təsərrüfatında sığorta məsələlərinin inkişaf etdirilməsi təqdirəlayiq haldır. Subsidiya verilən təsərrüfatların sığortalanması daha vacibdir. Çünki hökumət subsidiyanı verir ki, onun əsasında məhsul istehsal edilsin. Subsidiya alan fermerin ərzaq təhlükəsizliyinin təmin edilməsində məsuliyyəti var. Sığorta olmayan zaman sahibkarın iradəsindən kənar məhsulun zay olması problemə çevirilir, tərəflər bir-birini qınayır, qeyri-müəyyənlik yaranır”.

Akif Nəsirli hesab edir ki, subsidiyaların səmərəliliyini aşağı salan bir neçə amil var: 

“Onlardan biri sığortanın olmamasıdırsa, digəri də şəffaflıq, hesabatlılığın olmamasıdır. Sığorta vacib şərtdir, amma şəffaflıq olmasa nə qədər çox subsidiya verilsə, o qədər də yeyinti olacaq”.
 

MÖVZU İLƏ BAĞLI:

Nar bağlarının hər hektarına 5000, zeytuna isə 4900 manat ödəniləcək


Ekspert hesab edir ki, bu qayda təkcə 10 hektardan artıq əkin sahələrinə tətbiq edilməməlidir: 

“Daha kiçik təsərrüfatların da sığortaya cəlb edilməsi vacibdir. Azərbaycanda 3 milyondan çox adama pay torpaqları verilib. Elə ailələr var ki, onlara 3, 4, 5 hektar pay torpağı düşüb”.  

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO