Lukaşenko bəzi sirləri açdı: “Putinlə razılaşdıq ki, …” – VİDEO

Lukaşenko bəzi sirləri açdı: “Putinlə razılaşdıq ki, …” – VİDEO

Hazırda oxunan: Lukaşenko bəzi sirləri açdı: “Putinlə razılaşdıq ki, …” – VİDEO

35252

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə birlikdə sentyabrın 10-dan 16-dək iki ölkə ərazisində keçiriləcək "Qərb-2021" təlimində iştirak edəcəklərini bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Pul Pervoqo” Telegram kanalı yayıb.

"Putinlə razılaşdıq ki, təlimlərin böyük hissəsini nəzarətə götürəcəm. Təlimlər Belarusda da baş tutacaq. Bu işə bir çox poliqon cəlb ediləcək. O, öz poliqonunda, mən isə poliqonumda olacağam”, deyə Lukaşenko qeyd edib.

Belarus prezidenti həmçinin bildirib ki, NATO-unun üzvləri, xüsusən Baltikyanı ölkələr Qərb-2021 təlimlərindən qorxmamalıdır. 

Lukaşenko vurğulayıb ki, təlimlərin məqsədi qonşuları qorxutmaq deyil, iki müttəfiq ordunun qarşılıqlı fəaliyyətini hazırlamaqdır.
 

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyadan S-400 zenit-raket kompleksləri və onlarla yeni təyyarə də daxil olmaqla silah tədarük ediləcəyini açıqlayıb.


Xatırladaq ki, Rusiya-Belarus birgə "Qərb-2021" təlimləri 10-19 sentyabr tarixlərində iki ölkə ərazisində keçiriləcək. İyulun sonunda rus hərbçiləri təlimə hazırlıq məqsədilə Brestə gəliblər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO