Sentyabr ayında hava necə olacaq? - RƏSMİ və qeyri-rəsmi proqnozlar

Sentyabr ayında hava necə olacaq? - RƏSMİ və qeyri-rəsmi proqnozlar

Hazırda oxunan: Sentyabr ayında hava necə olacaq? - RƏSMİ və qeyri-rəsmi proqnozlar

35001

Yay fəslinin qızmar günlərindən yorulanlar sentyabrı səbirsizliklə gözləyirlər. Bəs, sentyabr ayında temperatur göstəriciləri necə olacaq?

Bizim.Media Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Xidmətinə istinadən sentyabrın ilk günlərinə gözlənilən hava temperaturunu təqdim edir.

Sentyabrın ilk günündən hava temperaturunun sərinləşəyini gözləyənlərin ümidləri heç də doğrulmayacaq.

Belə ki, sabahkı hava temperaturu bu günki ilə demək olar ki, eynidir. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.

Qeyd edək ki, Milli Hidrometerologiya Xidməti bu həftənin havasını təqdim edib.

Beləliklə, Bakıda

2 sentyabr  - gündüz + 35, gecə +25;

3 sentyabr -  gündüz + 29, gecə +24 

4 sentyabr  - gündüz  + 26, gecə +22

5 sentyabr -  gündüz  + 29 gecə +20

6 sentyabr -  gündüz  + 30 gecə +23 dərəcə isti olacaq.

Sentyabr ayının digər günlərinə gəldikdə isə Milli Hidrometerologiya Xidməti hələ ki, bu barədə məlumat açıqlamayıb.

“AccuWeather” internet portalının proqnozlarına görə, sentyabr ayında havanın temperaturu təqribən gündüz əsasən 27-30 dərəcə aralığında olacaq. Yalnız sentyabrın son həftəsində temperaturun 21 dərəcəyə qədər azalacağı gözlənilir. 

Ay ərzində gecə havanın temperaturu təqribən 21-22 dərəcə olacaq. Ayın sonunda isə 14 dərəcəyə qədər azalacaq.

Xatirə, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO