Putin ona məktub yazan suriyalı qıza hədiyyələr göndərdi

Putin ona məktub yazan suriyalı qıza hədiyyələr göndərdi

Hazırda oxunan: Putin ona məktub yazan suriyalı qıza hədiyyələr göndərdi

34246

Rusiya Prezidenti Vladimir Putin daha öncə ona məktub yazan İman Əli adlı 9 yaşlı suriyalı qıza hədiyyə və məktub göndərib. 

Bizim.Media xəbər verir ki, İ.Əliyə hədiyyələrin təqdim olunması üçün Rusiyanın Dəməşq səfirliyində mərasim keçirilib. 

Mərasimdə iştirak edən Rusiya Baş Qərargah rəisinin müavini Aleksandr Çayko Putinin İman Əliyə yazdığı məktubu oxuyub. 
 

MÖVZU İLƏ BAĞLI:

Putin: “İnsanları peyvəndə məcbur etmək lazım deyil”


Putin İ.Əlinin məktubundan dolayı təsirləndiyini deyib: 

"Əminəm ki, bu cür istedadlı, iddialı, xeyirxah və dost uşaqların sayəsində Suriya dövlətini parlaq bir gələcək gözləyir". 

Qeyd edək ki, İ.Əli Putindən hədiyyə olaraq oyuncaq göyərçin, böyük bir oyuncaq ayı və kukla alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO