Azərbaycanda “kinooperator” sözü ləğv olundu - SƏBƏB

Azərbaycanda “kinooperator” sözü ləğv olundu - SƏBƏB

Hazırda oxunan: Azərbaycanda “kinooperator” sözü ləğv olundu - SƏBƏB

34169

Azərbaycan Kinorejissorlar Gildiyasının İdarə Heyəti, kinooperatorların sovetdən qalmış “kinooperator” peşə adının “təsvir rejissoru” adı ilə əvəz olunması ilə bağlı, peşəkarlar tərəfindən daxil olmuş çoxsaylı müraciətlərə əsasən araşdırmalar aparıb.

Bu barədə Bizim.Media-ya Gildiyadan məlumat verilib.

Məlumata görə qərara gəlinib ki, “operator” (latın) sözünün etimalogiyası, hər-hansı bir işi görən, işlək mənasını daşıdığından, audiovizual əsərin təsviri ilə bağlı yaradıcı proseslərin rəhbəri olan və ona məsuliyyət daşıyan peşənin – “quruluşçu kinooperatorun” (bədii filmdə və tv seriallarda), kinooperatorun (sənədli və tv filmlərində) yaradıcı xarakterini və funksiyasını əks etdirmir.

Digər tərəfdən “operator” sözünün mənasının ümumi və unversal xarakter daşıdığından, məsələn - avtooperatoru, qazoperatoru, radiooperator, rabitəoperatoru, turoperatoru, kompyuter operatoru və s. 100-dən artıq peşə adlarının mövcudluğu, audiovizual sahənin inkişafında önəmli yer tutan bu peşənin nüfuzuna xələl gətirmək ehtimalını yaradır və belə bir vacib sənətin əhəmiyyətini azaldır.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyəti, Gildiyanın Kinooperator bölməsinin - bu sahənin peşəkarlarının təklifini qəbul edərək aşağıdakıları qərara alıb:

- Audiovizual əsərlərin (filmlərin) yaradılmasında onun təsvir həllinə və bu həllin bədii formada daşıyıcılara həkk olunmasına məsuliyyət daşıyan yaradıcı peşə sahibinin “təsvir rejissoru” adlandırılmasını məqsədəuyğun hesab edilməlidir.

- Bununla bağlı audiovizual sahədə fəaliyyət göstərən bütün ictimai təşkilatlara, özəl qurumlara, dövlət idarə və müəssisələrinə bu təklifi və onun praktiki istifadəsinin dəstəklənməsi məqsədi ilə müraciət ünvanlandırılmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO