Yasamal yollarına ayrılan 10 milyon manat hara xərclənib? – RƏSMİ AÇIQLAMA

Yasamal yollarına ayrılan 10 milyon manat hara xərclənib? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Yasamal yollarına ayrılan 10 milyon manat hara xərclənib? – RƏSMİ AÇIQLAMA

34046

Xəbər verildiyi kimi ölkə başçısı İlham Əliyev Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı Sərəncam imzalayıb. Prezident bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,6 milyon (bir milyon altı yüz min) manat ayırıb.

Qeyd edək ki, ölkə başçısı Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işləri ilə bağlı belə bir sərəncamı 2019-cu ildə də imzalamışdı. Həmin dövrdə isə yolların təmirinə 8 milyon 600 min manat ayrılmışdı. 

Reallıq ondan ibarətdir ki, yolların salınmasına kifayət qədər böyük vəsait xərclənir və xərclənməkdədir. Xüsusilə eyni ərazi yollarında ard-arda təmir işləri aparılır. Amma bu yolların tez bir zamanda sıradan çıxdığının şahidi oluruq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında hər iki sərəncam üzrə aparılan işlərdən danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Tesla sürücülərini gözləyən gizli təhlükə - 5 ilə sıradan çıxa bilər


O, deyib ki, Yasamal rayonu üzrə 2 küçə təmir edilib, 2-də isə təmir işləri davam etdirilir:

“Cari investisiya proqramına uyğun olaraq Murtuza Muxtarov küçəsinin Bəsti Bağırova küçəsi ilə kəsişməsindən Süleyman Rəhimov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılıb. Maliyyə vəsaiti də həmin təmir işlərinin aparılmasına ayrılıb.

Bu il də həmin proqrama əsasən yenidən maliyyə vəsaiti ilə sözügedən küçələrdə təmir işlərinin aparılması davam etdiriləcək.


2020-ci ilin investisiya proqramına uyğun olaraq isə Yasamal rayonu ərazisində təmirə ehtiyacı olan daha 7 km uzunluğa malik küçə və yollarda təmir işləri yekunlaşıb. Rayonun Bakı Dairəvi yolu ilə Yeni Yasamal yaşayış massivini birləşdirən yeni bağlantı yolun tikintisinin, həmçinin Ümid Əkbərov, Müzəffər Həsənov, Fəridə və Pərviz Abbasovlar, Qədirli, Lev Tolstoy və Şamil Əzizbəyov küçələrində yenidənqurma işləri  aparılıb”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO