Zelenskidən maraqlı açıqlama: Ukraynanın ən yaxın müttəfiqi bu ölkə imiş

Zelenskidən maraqlı açıqlama: Ukraynanın ən yaxın müttəfiqi bu ölkə imiş

Hazırda oxunan: Zelenskidən maraqlı açıqlama: Ukraynanın ən yaxın müttəfiqi bu ölkə imiş

33773

Almaniya Kansleri Angela Merkel Ukraynaya rəsmi səfəri çərçivəsində ölkə prezidenti Vladimir Zelenski ilə görüşüb. 

Bizim.Media “TASS” agentliyinə istinadən xəbər verir ki, Kiyevdə baş tutan görüşdə ikitərəfli münasibətlərə dair məsələlər, həmçinin regional və qlobal gündəmə aid bir sıra problemlər müzakirə olunub. 

Zelenski görüşün əsas mövzusunun Donbass münaqişəsi olduğunu bəyan edib. Dövlət başçısı “Normand formatı”nda görüşlərin davam etdirilməsini dəstəklədiyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski: "Donbas heç vaxt Rusiya ərazisi olmayacaq"


Onun bu mövqeyi isə Kansler tərəfindən də bəyənilib.  

Eyni zamanda Zelenski Almaniyanı ölkəsinin əsas müttəfiqlərindən biri olaraq gördüyünü də sözlərinə əlavə edib.

Merkel isə Ukraynadan Avropaya qaz tranziti barədə razılaşmanın 2024-cü ildən sonrakı müddət üçün uzadılacağına ümid etdiyini bildirib. 

Qeyd edək ki, Angela Merkel avustun 20-də Kremldə Rusiya Prezidenti Vladimir Putinlə də görüş keçirmişdi. Həmin danışıqlar zamanı da əsas müzakirə mövzusu məhz enerji təhlükəsizliyi məsələləri olmuşdu. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO