Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Bakıda 77 yaşlı qadının meyiti tapıldı
Bizim.Media FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1945-ci il təvəllüdlü Nikuşina Qalina Alekseyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
Bizim.Media