Sosial şəbəkələrdə Lənkəran rayonu ərazisində vətəndaşların, xüsusilə də sürücülərin məcburi qaydada vaksinasiyadan keçirilmək üçün xəstənaya aparılması ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, onlar polis tərəfindən məcburi şəkildə vaksinasiyaya aparılır.
Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, rayon ərasində vaksinasiyadan keçməyən vətəndaşların məcburi qaydada vaksinasiyaya aparılması ilə bağlı iddialar həqiqəti əks etdirmir:
“Polisin bununla bağlı tədbiri olmayıb. Polis əməkdaşları ictimai nəqliyyatda tibbi maskadan istifadə və sosial məsəfənin gözlənilməsi ilə bağlı nəzarət-profilaktiki tədbirlər həyata keçirirlər”.
“Nəzarət-profilaktik tədbirlər çərçivəsində ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür”, - deyə o qeyd edib. (oxu.az)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:56 / 18.08.2021
Lənkəranda polis vətəndaşları zorla vaksinasiyaya aparır? - CAVAB
Hazırda oxunan: Lənkəranda polis vətəndaşları zorla vaksinasiyaya aparır? - CAVAB
Hazırda oxunan: Lənkəranda polis vətəndaşları zorla vaksinasiyaya aparır? - CAVAB
0:00
0:00
33263
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.