Quba və Şabranda əməliyyat - Narkotacirlər tutuldu - FOTO

Quba və Şabranda əməliyyat - Narkotacirlər tutuldu - FOTO

Hazırda oxunan: Quba və Şabranda əməliyyat - Narkotacirlər tutuldu - FOTO

33262

“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Bizim.Media-ya verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin və heroin maddəsini üzərində gəzdirməkdə şübhəli bilinən rayon sakini Samir Heydərov saxlanılıb.

Saxlanılarkən həmin şəxsin  üzərinə baxış keçirilən zaman bükümlərdə psixotrop maddə hesab edilən metamfetamin və kustar üsulla hazırlanmış heroin aşkar olunaraq götürülüb.

Şabran  Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Şabran rayon sakini Elxan Dadaşov saxlanılıb.
 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Dadaşovun həmyerlisi Elşən Ələsgərova narkotik vasitə hesab edilən heroin satdığı aşkar edilib.


Hər iki faktla bağlı istintaq aparılır.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO