Ronaldu

Ronaldu "Real Madrid"ə qayıdacaq? – DETALLAR 

Hazırda oxunan: Ronaldu "Real Madrid"ə qayıdacaq? – DETALLAR 

33163

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu İspaniya "Real Madrid"inə qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, 36 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesablarında yazıb. 

O, bütün diqqətini hazırkı klubuna yönəltdiyini vurğulayıb: 

"Məni tanıyan hər kəs işimə necə diqqət yetirdiyimi bilir. Daha az danışmaq və daha çox hərəkət etmək mənim devizimdir. Mediada qeyri-ciddi məlumatlar var. Bu, komandalara və oyunçulara hörmətsizlikdir". 

Təcrübəli forvard Madrid təmsilçisində müxtəlif uğurlar qazandığını xatırladıb:  

"Bütün bunlar "Santyaqo Bernabeu" stadionundakı muzeydə, həmçinin hər klub azarkeşinin beynində var. Bilirəm ki, "Real Madrid" azarkeşləri məni ürəklərində saxlayacaqlar". 

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ildə "Real Madrid"dən 120 milyon avro qarşılığında Turin təmsilçisinə keçib. Onun hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO