Emin Əmrullayev və Elmar Qasımov bir tələbənin uğurundan yazdılar - FOTO

Emin Əmrullayev və Elmar Qasımov bir tələbənin uğurundan yazdılar - FOTO

Hazırda oxunan: Emin Əmrullayev və Elmar Qasımov bir tələbənin uğurundan yazdılar - FOTO

33108

"Azərbaycanı "WorldSkills Asia" tərəfindən təşkil edilmiş beynəlxalq yarışda təmsil edən Hüseyn Qəmbərov “Məlumat sızmasının qarşısının alınması” kateqoriyası üzrə ən yüksək nəticə göstərib və ümumi sıralamada 4-cü yeri tutub.

Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisasının tələbəsi və Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Kibertəhlükəsizliyə giriş” adlı təlim layihəsinin iştirakçısı olan Hüseyn ötən ay keçirilmiş milli seçim turunda yüksək nəticə göstərərək, beynəlxalq yarışda iştirak etmək hüququ əldə edib.

Azərbaycan 2020-ci ildə peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına qoşulub və bu beynəlxalq yarışda ilk dəfə iştirak edir. Qalib olmuş tələbəmizi təbrik edir və yeni-yeni nailiyyətlər arzu edirəm”.

Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev özünün "Facebook" səhifəsində yazıb. 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da nazirin bu statusunu bölüşüb:

"Ali Məktəbimizin informasiya təhlükəsizliyi ixtisasının III  kurs tələbəsi Hüseyn Qəmbərovun “WorldSkills Asia”tərəfindən təşkil edilmiş beynəlxalq yarışda qazandığı möhtəşəm qələbə Azərbaycan təhsilinin uğurudur.

Bu münasibətlə Təhsil nazirimiz hörmətli Emin müəllimi ürəkdən təbrik edirəm. Müəllimlərimizə minnətdarlığımı bildirirəm. Hüseynə isə uğurlarının davamını arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO