Uşaq pulu məsələsinə fasilə verən SƏBƏB – Razi Nurullayevdən MÜNASİBƏT

Uşaq pulu məsələsinə fasilə verən SƏBƏB – Razi Nurullayevdən MÜNASİBƏT

Hazırda oxunan: Uşaq pulu məsələsinə fasilə verən SƏBƏB – Razi Nurullayevdən MÜNASİBƏT

33047

Azərbaycanda uşaq pulu məsələsi nə yerdə qaldı? Gələcəkdə bununla bağlı hansı qərarlar gözlənilir?

“Uşaq pulu gündəmdə idi. Bunu hökumətin gündəminə də sala bilmişdik. Artıq müzakirə olunurdu. Bununla bağlı parlamentdə də gərgin müzakirələr getdi. Bir neçə dəfə çıxışlar etməklə gündəmdə saxladıq. Amma 44 günlük savaşdan sonra bu məsələlər səngidi və əsas da budur ki, Vətən Müharibəsi ərzində Azərbaycan böyük pullar xərcləməli oldu”.
 

MÖVZU İLƏ BAĞLI:

Düyünə düşən aliment DƏRDİ – Fond məsuliyyətsiz atalara çarə olacaqmı? - BAXIŞ


Bizim.Media-ya uşaq pulu mövzusu ilə bağlı bu fikirləri səsləndirən millət vəkili Razi Nurullayev qeyd etdi ki, işğaldan azad olunan əraziləri yenidən bərpa etmək, 1 milyona yaxın əhalini öz yurd-yuvasına qaytarmaq lazımdır:

“O baxımdan uşaq pulu məsələsi gündəmdən çıxdı. Amma mən düşünürəm ki, bunu mərhələ-mərhələ yenidən gündəmə gətirəcəyik. Uşaqlar üçün sosial müavinətlər, ünvanlı sosial yardımlar o qədərdir ki, sayı-hesabı yoxdur. Bütün bunların hamısını dayandırıb birmənalı şəkildə, yəni, hər kəsə bərabər uşaq pulu təmin edilə bilər”. 

Deputatın fikrincə, uşaq pulu birdəfəlik 1 yaşından 18-ə qədər insanlara verilməyə də bilər:

“Tutaq ki, bu il 1-3 yaşarası, sonrakı mərhələdə 6 yaş və s. üsullarla bu işi dünyada qəbul olunan planlar üzrə aparmaq olar”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO