Distant, yoxsa ənənəvi təhsil? – Yeni tədris ilində seçimin necə olacağı ilə bağlı GÖZLƏNTİLƏR

Distant, yoxsa ənənəvi təhsil? – Yeni tədris ilində seçimin necə olacağı ilə bağlı GÖZLƏNTİLƏR

Hazırda oxunan: Distant, yoxsa ənənəvi təhsil? – Yeni tədris ilində seçimin necə olacağı ilə bağlı GÖZLƏNTİLƏR

32899

Yay tətilinin sonu yaxınlaşdıqca, valideynlərin narahatlığı da artır – məktəblər açılacaqmı?

Ötən tədris ilinin təcrübəsi - keçirilən distant təhsilin keyfiyyəti, internet verilişi ilə bağlı yaranan problemlər, demək olar ki, bütün şagirdlərin “5” və “4” aldığı qiymətləndirmələr bir daha ölkəmizdə distant təhsil üçün hazırlıqların lazimi formada olmadığını ortaya qoydu.

Digər tərəfdən isə ənənəvi dərsləri repititor məşğəlləri ilə əvəzləməyin bütün validynlərin gücü daxilində olmadığı da sirr deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda neçə məktəb təmir edilir? – Rəsmi CAVAB


Belə bir vəziyyətdə və artan yoluxma fonunda ənənəvi tədrisin bərpası üçün yollar aranırmı?

Təhsil Nazirliyi Yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Bizim.Media-ya açıqlamasında məsələnin aktual olduğunu bildirib:

“Təhsil Nazirliyi və Operativ Qərargah bu məsələ ilə məşğul olur. Yoluxma sayı sürətlə artarsa, əlbəttə ki, təhsildə böyük problem yaranacaq. Yoluxma sayı imkan versə, yəqin ki, ənənəvi təhsil bərpa ediləcək. Təbii ki, bu artıq sadə bir həqiqətdir ki, onlayn təhsil ənənəvi təhsili əvəz edə bilmir. Amma bu bizdən və bizim istəyimizdən asılı deyil.

Dünyanı bürümüş xəstəlikdir. Ağıllı adamlarımız düşünüb buna qarşı dərman hazırlasınlar. Bunu bacarmırıqsa, bizi idarə edənlərin sözünə baxmalıyıq”.


İctimai Şura sədri hesab edir ki, qəbul ediləcək qərar şagirdlərin və xalqın xeyrinə olacaq.

Təhsil eksperti Kamran Əsədov isə yeni tədris ilində ənənəvi təhsilin bərpa olunacağını gözləyir:

“Buna ölkədə vaksinasiya sayı əsas verir. Orta ümümtəhsil məktəblərində çalışan 150 min müəllimdən 80 faizi peyvənd olunub, eləcə də ali təhsil müəssisələrində təhsil alan tələbələrin, çalışan işçilərin təxminən 70 faizi vaksinasiya prosesində iştirak edib.
 

2020-ci il sentyabrın 15-də, 2021-ci il fevralın 1-də ənənəvi təhsil bərpa olunanda ölkədə ümimiyyətlə vaksin olunan yox idi. Həm də biz artıq pandemiyada davranış qaydalarını bilirik”.


Kamran Əsədov hesab edir ki, keyfiyyətli onlayn resurslar, dərs materialları, qiymətləndirmə alətləri təşkil edilsə idi, o zaman pandemiya dövründə ənənəvi tədris keçirilməzdi:

“Digər tərəfdən nəzərə alsaq ki, indi bütün restoranlarda, ticarət, əyləncə mərkəzlərində, ictimai nəqliyyatda insanlar yaxın təmasdadır, toylar keçirilir, bunların fonunda hesab edirəm ki, sentyabr ayında tədris prosesi bərpa edilməlidir və ediləcək”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO