Rusiya prezidenti Vladimir Putin ölkənin Şərqi Sibir bölgəsində yüz minlərlə hektar sahədə davam edən meşə yanğınları ilə əlaqədar xüsusi görüş keçirib.
Yanğınların vurduğu ziyanın qiymətləndirilməsinin tez bir zamanda aparılmasını vurğulayan Putin, yaşayış yerlərinin və sosial əhəmiyyətli obyektlərin bərpası üçün planların ən qısa zamanda təsdiqlənəcəyini əlavə edib.
MÖVZU İLƏ BAĞLI:
Putin: "Rusiyada yaşanan təbii fəlakətin miqyası misli görünməmişdir"
Son vaxtlar ölkədə artan təbii fəlakətlərə diqqət çəkən Putin, Rusiyanın bəzi bölgələrində təbii fəlakətlərin görünməmiş ölçüdə olduğunu bildirib.
Cənubda bir ay ərzində yağması gözlənilən ümumi yağış bir neçə saata düşüb. Şərqdə quraqlıq, güclü və qəfil küləklər artıb.
Putin bütün bunların başlanğıc olduğunu və gələcək üçün iqlim probleminin sistemli şəkildə həll edilməli olduğunu bildirib.
Qeyd edək ki, iyul ayında Rusiyanın Sibir bölgəsində başlayan yanğınlarda indiyə qədər təxminən 3 milyon hektar meşə sahəsi külə çevrilib və rəsmilər bölgədə fövqəladə vəziyyət elan edib.
Rəvan Əliyev, Bizim.Media