İlham Əliyev kimlərə necə mesaj verdi? – Tarixi müsahibənin gizlin məqamları

İlham Əliyev kimlərə necə mesaj verdi? – Tarixi müsahibənin gizlin məqamları

Hazırda oxunan: İlham Əliyev kimlərə necə mesaj verdi? – Tarixi müsahibənin gizlin məqamları

32767

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 avqust tarixində Türkiyənin “CNN Türk” televiziyasına müsahibə verib. Prezident müsahibəsində bölgədə son aylarda baş verən siyasi proseslərə toxunub və önəmli mesajlar verib.

Azərbaycan Emənistanla sülh müqaviləsinin imzalanması məsələsində istəklidir.

Prezident öz müsahibəsində Azərbaycanın Ermənistanla əlaqələrin bərpasına və problemlərin yekun həlli olacaq sülh müqaviləsi imzalamaq məsələsindəki istəyini nümayiş etdirib. Bu müqavilə hər iki tərəf üçün olduqca əhəmiyyətlidir və düşmənçiliyi sona çatdırmaq məsələsində önəmli rola malikdir.
 

Azərbaycan yeni müharibə istəmir, lakin qarşı tərəfin bu məsələdəki mövqeyi birmənalı deyil. 


Azərbaycan sülh təklifini masa üzərində əbədi saxlamalı deyil.

Görünən odur ki, Ermənistanın qeyri-müəyyən mövqeyi problemin həlli prosesinə ciddi əngəl törədir. Əgər Ermənistan sülh müqaviləsinə etiraz edirsə, bunu açıq söyləməlidir və Azərbaycan da öz siyasətini buna uyğun şəkildə aparmalıdır. Bu səbəblə də prezident Ermənistana müqavilə ilə bağlı açıq mesaj verməyi üstün tutub. Ermənistanın vaxtı çox azdır, Azərbaycan qarşı tərəfin cavabını əbədi olaraq gözləməyə məcbur deyil.
 

Müqavilə Azərbaycandan daha çox Ermənistan üçün xeyirlidir.


Ermənistandan müqavilə məsələsində müsbət impulslar mövcuddur.

Prezidentin sözlərindən aydın olur ki, qarşı tərəf sülh müqaviləsinin imzalanmasından birbaşa imtina edə bilmir. Əksinə bu istiqamətdə bəzi müsbət meyllərə malikdir. Xüsusilə Nikol Paşinyanın  ikitərəfli görüşlərə hazır olduğunu deməsi bu cür düşünməyə əsas verir. Lakin bu addımlar Azərbaycanı qane etmir.
 

Ermənistan rəhbərliyinin daha konkret və siyasi müstəvidə addımlar atmasına ehtiyac var.


Laçın dəhlizi bizim gözümüzün önündədir.

Prezident bu sözləri Azərbaycanı Qarabağın ermənilər məskunlaşan hisəsində baş verən proseslərdən tam şəkildə xəbərdar olduğunu göstərir. Bu həm də proseslərin təşkilatçıları üçün üstörtülü mesajdır. Əgər Azərbaycan bölgəni tam müşahidə altında saxlayırsa, deməli müxtəlif güclərin burdakı qaranlıq fəaliyyətləri barəsində də konkret sübutlara malikdir. Bütün bunlar Azərbaycanın gözləri önündə baş verir.
 

Azərbaycan bölgədə kimin nə işlə məşğul olduğunu, gərginliyi kimin artırdığını yaxşı bilir.


Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik.

Prezident müsahibəsində ilk öncə Ermənistana daha əvvəl də səslədnridiyi mesajı təkraralayır. Ermənistanın müharibə istəyi varsa, Azərbaycan laiqli cavab verməyə, hətta qabaqlayıcı tədbirlərə də hazırdır. Təhlükəli şəraitin yaranması Azərbaycanı hərəkətə keçməyə sövq edə bilər və bunun məsuliyyəti birabaşa Ermənistanın üzərində olacaq. Lakin burdakı qabaqlayıcı tədbirlərin Ermənistan dövlətinə qarşı yox, onun Qarabağdakı fəaliyyətlərinə qarşı yönələcəyi aydındır.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin “CNNTürk” telekanalına müsahibəsi - VİDEO


Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri biz yolunu azmış Azərbaycan vətəndaşları sayırıq. Onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır.

Bu sözlər Qarabağla münaqişəsinin sona çatdığını və Qarabağın Azərbaycan ərazi bütövlüyündə yer aldığını göstərir. Qarabağla bağlı məsələ artıq Azərbaycanın daxili məsələsidir. Ordakı ermənilər də digər etniklər kimi tam hüquqlu Azərbaycan vətəndaşlarıdır və Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdır. 


Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin.

Rusiya üzərinə regionda sülhü bərqərar etmək kimi bir vəzifə götürüb. Lakin son aylarda baş verənlər bu prosesin səmərəliliyini şübhə altına salır. Azərbaycanın gözləntisi çox sadədir: Rusiyanın təşəbbüsü imzalanmış bəyanatın müddəaları yerinə yetirilməlidir. Çünki bu Rusiyanın öz üzərinə götürdüyü öhdəlikdir. Azərbaycan bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirdiyi kimi Rusiya da bunu etməlidir.
 

Əks halda Azərbaycan üçün də belə bir məcburiyyət olmamalıdır.


Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın, Ermənistanı silahlandırmasın.

Prezidentin buradakı mesajı biraşa Rusiyanın Ermənistanla bağlı planlarını hədəf alır. Rusiya Ermənistanı silahlandırmaqla artıq bitmiş münaqişəni yenidən alovlandırmağa çalışır. Müharibə bitib, Ermənistan hakimiyyəti və erməni xalqı artıq nəticələri qəbul edib. Lakin kimlərsə hər şeyin yenidən başlamasında maraqlıdır. Hər kəsin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi daha məqsədə uyğundur. Yaxşı olar ki, Rusiya bölgənin təhlükəsizliyini və uzunmüddətli sülhü təmin etsin.
 

Ermənistanı yeni müharibəyə hazırlamaq Rusiyanın öhdəliyi deyil.


Görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq.

Aydındır ki, İkinci Qarabağ müahribəsinin nəticələri bəzi qüvvələri narahat edir. Bunlar həm Ermənistan daxilindəki radikal qruplar, həm də nəticələrə təsir göstərməyə çalışan Ermənistanın müttəfiqləridir. Burdakı mesajın Ermənistandan daha çox onu provakasiyaya çəkməyə çalışan xarici dövlətlərə, onların bölgədəki aktiv fəaliyyətlərinə qarşı ünvanlandığı görünür.
 

Prezident konkret adı çəkmir, amma hədəfin kim olduğu növbəti fikirlərindən bəllidir.


Biz istəyirik ki, Rusiya bu məsələdə bizim narahatlığımızı nəzərə alsın. Çünki nə qədər silahlar verilsə də, yenə də güclər nisbəti dəyişməyəcək.

Prezident bu sözləri ilə 44 müharibə və daha əvvəlki dövr ərzində Rusiyanın Ermənistanı silahlandırılmasına və bu gün də oxşar addımlar atdığına diqqət çəkir. Rusiyanın bu fəaliyyəti faktiki olaraq nəticəyə heç bir təsir göstərmədi və bundan sonra da göstərməyəcək. Əksinə Rusiya bu cür fəaliyyəti ilə bölgədəki tərəfsizliyini şübhə altında qoyur.
 

Rusiyanın qeyri-adekvat addımları Azərbaycanda Rusiyanın mövqeyi, missiyası və tərəfsizliyi ilə bağlı əsaslı şübhələr yaradır.


Biz ordumuzun silahlanmasına nə qədər lazımdır, o qədər də vəsait ayıracağıq və bunu edirdik.

Tesiz müharibənin bitməsinə baxmayaraq Azərbaycanın hər cür ssenari üçün hazırlaşdığını göstərir. Çünki regionda şərtlər anidən dəyiş bilər və buna çalışan tərəflər var. Azərbaycan da baş verəcək hadisələrə adekvat cavab vermək gücündədir. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla dəmir yolu ilə birləşəcək - VİDEO


İranın yeni rəhbərliyinin Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı öz siyasətini ortaya qoyması üçün vaxt lazımdır.

Bu sözlər İranın son günlərdə sərgilədiyi mövqeyin Azərbaycanın gözləntilərini doğrultmadığına işarədir. Lakin Azərbaycan iki ölkə arasındakı tarixi əlaqələri nəzərə alaraq gözləməyi üstün tutur. Ümid edir ki, İranın yeni hakimiyyəti qarşıdakı müddətdə öz səhvlərini düzəldəcək.
 

Çünki bu cür proseslərə bu cür yanaşma Azərbaycan İran münasibətlərinə zərər vura bilər.


Azərbaycan xalqı çox gözəl gördü ki, onun əsl dostu, qardaşı kimdir.

Prezident Azərbaycann Türkiyə və Pakistanla əlaqələrinə diqqət çəkərək də üstüörtülü şəkildə İranın mövqeyini tənqid edir. Çünki İran hər zaman Azərbaycanı “din qardaşı” və “müttəfiq” adlandırır. Ancaq baş verənlər bunun tamamilə əksini nümayiş etdirir.
 

İstər 44 günlük müharibə, istərsə də daha sonra baş verənlər hər kəsin həqiqi simasını göstərir və Azərbaycan bunu unutmur.


Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO