Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünü tvitter səhifəsində yazıb.
Onun sözlərinə görə, Kastamonuda 32, Sinopda 6 nəfər həyatını itirib.
***
Türkiyənin şimal rayonlarında sel fəlakəti nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə sel bir an içində ətrafı basdı – ANBAAN VİDEO
Məlumata görə, Kastamonu vilayətində 29, Sinopda isə 2 nəfər fəlakətin qurbanı olub.
Bartında isə bir nəfər itkin düşüb. Hazırda həmin şəxsin axtarışları davam edir.
Bizim.Media