Qəbələdə yanğın davam edir – Sakinlər FHN əmkdaşlarına qoşuldu - VİDEO

Qəbələdə yanğın davam edir – Sakinlər FHN əmkdaşlarına qoşuldu - VİDEO

Hazırda oxunan: Qəbələdə yanğın davam edir – Sakinlər FHN əmkdaşlarına qoşuldu - VİDEO

32417

Ötən gün səhər saatlarından Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə qeydə alınan yanğın hadisəsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

Bizim.Media-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hazırda davam etdirilən yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, həmçinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Qəbələdə yanğın oldu


Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini də iştirak edir.

Relyefin mürəkkəbliyi və havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO