FHN Türkiyədəki yanğınlarla bağlı yeni görüntülər yaydı - VİDEO    

FHN Türkiyədəki yanğınlarla bağlı yeni görüntülər yaydı - VİDEO    

Hazırda oxunan: FHN Türkiyədəki yanğınlarla bağlı yeni görüntülər yaydı - VİDEO    

32228

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, hazırda Türkiyə Respublikasında olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələri meşə yanğınları ilə mübarizə tədbirlərini uğurla davam etdirirlər.

Bizim.Media FHN-in saytına istinadən xəbər verir ki, sutka ərzində FHN-in qüvvələri qardaş Türkiyənin Köycegiz bölgəsinin Köycegiz, Pınar, Karayer, Kavacık, Cayhisar, Otmanlar rayonu, Kavaklı dərə bölgəsinin Hüseyn Yayla rayonu və Məntəşə bölgəsinin Yılanlı rayonunda yanğınlarla mübarizə aparıblar.

Bu rayonlarda müvafiq olaraq yanğınların kəşfiyyatı, söndürülmə və soyutma tədbirləri həyata keçirilib, yanğınların yayılması və infrastruktur obyektlərinə keçməsinin qarşısı alınıb.

Yanğınsöndürmə əməliyyatlarının mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilməsinə baxmayaraq, bir sıra istiqamətlərdə təcili və təxirəsalınmaz tədbirlər çərçivəsində yanğınsöndürmə və xilasetmə bölmələri gecə saatlarında da fəaliyyətlərini davam etdiriblər.

FHN-in yanğın-xilasetmə qüvvələri Türkiyəli yanğınsöndürənlərlə birgə koordinasiyalı şəkildə fəaliyyət göstərirlər.

Bundan başqa, Köycegiz istiqamətində yanğınsöndürmə əməliyyatlarına cəlb edilən FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi ötən sutka ərzində 6 dəfə uçuş həyata keçirməklə 57 ton, helikopter isə 21 dəfə uçuş həyata keçirməklə 53 ton su töküb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO