Paşinyanın Rusiya bayrağına qarşı hörmətsizliyi - Araşdırma

Paşinyanın Rusiya bayrağına qarşı hörmətsizliyi - Araşdırma

Hazırda oxunan: Paşinyanın Rusiya bayrağına qarşı hörmətsizliyi - Araşdırma

3219

Bizim.Media xəbər verir ki, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Müdafiə Naziri Sergey Şoyqunu qəbul edib.

Qəbul zamanı diqqət çəkən önəmli məqam nazirlərin görüş otağında Ermənistan bayrağı olduğu halda Rusiya bayrağına yer verilməməsidir. Bu məsələ sosial mediada da aktiv şəkildə müzakirə mövzusuna çevrilib.

Bizim.Media mövzu haqqında dəqiq məlumat almaq üçün ali rəhbər şəxslərin protokol qaydaları üzrə təcrübəli mütəxəsislə əlaqə saxlayıb. Adının çəkilməsini istəməyən mütəxəsis Paşinyanla Sergey Şoyqu arasındakı görüşün qəbul xarakterli olduğuna diqqət çəkib:

“Bəli, ümumiyyətlə bu qəbul olduğu üçün Rusiya bayrağı olmaya bilər. Lakin nəzərə alsaq ki, bu qəbuldur, onda Ermənistan bayrağının da olmasına ehtiyac yox idi. Qəbulda Ermənistan bayrağına yer verilməsi isə özü-özülüyündə sual doğuran amildir".

"Ermənistan öz bayrağını qoymaqla Rusiya bayrağının olmaması faktını nəzərə çarptırır. Bununla da, həm Ermənistan ictimaiyyətinə, həm də dünyaya mesaj verir” - deyə mütəxəsis qeyd edib.

Son zamanlarda Rusiya və Ermənistan arasında münasibətlərin soyuqlaşmasına diqqət çəkən mütəxəsis, bu addımı atmaqla Ermənistanın Rusiya ilə olan münasibətlərini bir daha vurğuladığını, Rusiyanın ictimai şüurdakı rolunu alçaltmağı hədəfləyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO