Avropa Komissiyası tərəfdaş ölkələrdə koronavirusa qarşı peyvəndlənmənin dəstəklənməsi ilə bağlı Avropa İttifaqının səyləri çərçivəsində "Şərq tərəfdaşlığı" ölkələrində vaksinasiya kampaniyalarının sürətləndirilməsi məqsədilə yardım paketinin artırılmasını təsdiqləyib.
Bizim.Media bu barədə Avropa Komissiyasına istinadla məlumat verir.
MÖVZU İLƏ BAĞLI:
Avropa Komisiyyası şərq tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünü dəstəklədi
Qeyd olunur ki, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistana təqdim olunan məbləğ 40 milyon avrodan 75 milyon avroyadək artırılıb.
Yeni yardım paketi vasitəsilə "Şərq tərəfdaşlığı" ölkələrinin vaksinlərə çıxış imkanlarının genişləndirilməsi, Aİ üzv ölkələri arasında vaksin mübadiləsinin asanlaşdırılması və vaksinlərin əldə olunması üçün xərclərin qarşılanması planlaşdırılır.
Bizim.Media