Astarada 85 yaşlı qadın yanaraq öldü - TƏFƏRRÜAT

Astarada 85 yaşlı qadın yanaraq öldü - TƏFƏRRÜAT

Hazırda oxunan: Astarada 85 yaşlı qadın yanaraq öldü - TƏFƏRRÜAT

30997

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Astara şəhəri, Heydər Əliyev prospektində, fəaliyyət göstərməyən, birmərtəbəli inzibati binada yanğın olması barədə məlumat daxil olub.

Bizim.Media-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, binanın ümumi sahəsi 6 m² olan 1 otağında təxminən 1 m² sahəyə yığılan plastik qablar yanır.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddət ərzində söndürülüb. Otağın qalan hissəsi və bina yanğından mühafizə olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı otaqda müvəqqəti məskunlaşmış, 1936-cı il təvəllüdlü Əsgərova Sudiyə Ələsgər qızının meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO