12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək

12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək

Hazırda oxunan: 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək

30994

12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Qısa Filmlər Festivalının Təşkilat Komitəsindən məlumat verilib.

Bildirilib ki, artıq festivala filmlərin qəbulu başlanıb. Noyabrın 12-dən 16-dək keçiriləcək festivala filmlərin qəbulu avqustun 25-nə kimi davam edəcək.

Yaşı 35-ə qədər olan rejissorlar 35 dəqiqədən çox olmayan qısa filmlərini festivalın beynəlxalq, yerli və “Cinemobil” bölmələrinə təqdim edə bilərlər.

Yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə festivalın əsas mükafatı “Qızıl Nar” və pul mükafatı təqdim ediləcək.

Festivalın yerli müsabiqəsinin ümumi mükafat fondu 5 000 manat təşkil edir. Festivala göndərilən filmlər Seçim Komissiyası tərəfindən seçilərək müsabiqəyə daxil ediləcək.

Kinoforumun rəsmi proqramı noyabrın 1-də açıqlanacaq.

Qeyd edək ki, "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən festivala hər il dünyanın müxtəlif ölkələrindən 2000-dən çox film göndərilir. Onların arasında Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlər də yer alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO