Kreml Qarabağdakı planlarımızdan niyə narahatdır? - SƏBƏBLƏR

Kreml Qarabağdakı planlarımızdan niyə narahatdır? - SƏBƏBLƏR

Hazırda oxunan: Kreml Qarabağdakı planlarımızdan niyə narahatdır? - SƏBƏBLƏR

30859

“Kreml Qarabağdakı gələcək planlarımızdan narahatdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə Vladimir Jirinovski ilk dəfə deyil ki, Azərbaycana qarşı təxribatçı açıqlama verir:

"Jirinovski Türkiyəyə qarşı da təxribatçı açıqlamalar səsləndirir. Halbuki, o, bir neçə dəfə Türkiyədə və Azərbaycanda olub. Kreml rəsmi Bakının siyasətindən narazıdır və Jirinovski növbəti təxribatçı açıqlamasıyla Rusiya hakimiyyətinin sifarişini yerinə yetirib. Rəsmi Bakı Qarabağdakı rusiyalı hərbçilərin 5 illik varlığını “müvəqqəti” sözüylə ifadə edir. Bu o deməkdir, 4 ildən sonra (5 illik müddətin 1 ili artıq arxada qalmaq üzrədir) rusiyalı hərbçilərin Qarabağı tərk etməsi aktuallaşacaq. İndinin özündə bu fəaliyyət Azərbaycanda ciddi narahatlıq yaradır".
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan baş nazir təyin edildi 


Politoloq vurğulayıb ki, rusiyalı hərbçilər Qarabağdakı erməni separatçılarını tərksilah etmir və onlarla müxtəlif iqtiqamətlərdə əməkdaşlıqlarını davam etdirirlər:

“Digər tərəfdən rusiyalı hərbçilər Qarabağa daha çox erməninin qayıdışını təmin etmək məqsədilə orada yaşayış yerləri və iaşə obyekləri tikirlər, Rusiyadan ev heyvanları gətirirlər və s. Əlbəttə, rəsmi Bakı Qarabağda erməni əhalisinin yaşamasının əleyhinə deyil. Ancaq əgər Qarabağda yaşayan ermənilər separatçılara tabe olub Azərbaycan qanunları ilə yaşamaq istəməyəcəklərsə, onların Azərbaycan torpaqlarını tərk etməsi aktuallaşacaq. Rusiya hərbçiləri isə bunun əksinə olaraq Qarabağda Azərbaycan qanunlarına tabe olmayan ermənilərin sayını artırmağa çalışırlar. Ona görə də bu məsələdə Bakı ilə Moskva arasında fikir ixtilafı getdikcə gərginləşəcək. Bundan başqa rəsmi Bakı hələ işğal altında olan məntəqələrin geri qaytarılmasını və həmin məntəqələrə azərbaycanlıların geri qaydışını təmin etməlidir. Misal üçün azərbaycanlıların yaşadığı Şuşanın əksər kəndi və Xocalı rayonunu bir hissəsi işğal altındadır. Bu işğala da son qoyulmalıdır. 10 noyabr bəyanatına görə Rusiya hərbçiləri həmin kəndlərin, o cümlədən Xocalı rayonunun tamamının Azərbaycanın müvafiq strukturlarının nəzarətinə qaydışını təmin etməlidir. Rusiya hərbçiləri bunu təmin etməsələr, Azərbaycan ordusu müvafiq addımlar atmaq məcburiyyətində qalacaq. Bakının bu planları Moskvanın xoşuna gəlmir".

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO