Paşinyan baş nazir təyin edildi

Hazırda oxunan: Paşinyan baş nazir təyin edildi

30846

Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın respublikanın baş naziri təyin edilməsi haqqında fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

Mənbə yazır ki, bundan əvvəl parlament çoxluğu Paşinyanın namizədliyini Ermənistanın baş naziri vəzifəsinə irəli sürmüşdü. 

Konstitusiyaya görə, yeni seçilən parlamentin səlahiyyət müddəti başladıqdan sonra ölkə Prezidenti dərhal parlament çoxluğu tərəfindən irəli sürülmüş namizədi baş nazir təyin edir.

Qeyd edək ki, iyunun 20-də keçirilən seçkilərdə Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası qalib gəlib.

Qanuna görə, Nazirlər Kabineti baş nazir təyin edildikdən sonra on beş gün ərzində formalaşır.

Hökumət başçısı 20 gün ərzində Nazirlər Kabinetinin proqramını parlamentə təqdim etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO